Robotik yeriş reabilitasiyasında innovativ həll

Lokomat® pasiyentlərin aşağı ətraf funksiyalarının bərpası üçün nəzərdə tutulmuş robot-yardımlı yeriş terapiyası (RAGT) sistemidir.

Cihaz servo-motorlarla idarə olunan robotik ortoz (ekzoskelet), dinamik bədən ağırlığı dəstəyi və treadmill platformasından ibarətdir.

Necə işləyir?
Pasiyent xüsusi askı sistemi vasitəsilə bədən çəkisinin müəyyən hissəsindən azad edilir. Ayaqlar robotik ortozla sabitlənir və fizioloji yeriş modelinə uyğun təkrarlanan addımlar atılır. Bu proses yüksək sayda, düzgün və ritmik hərəkət təkrarı ilə neyroplastikliyi stimullaşdırır.


Sistem komponentləri:

Dinamik bədən ağırlığı dəstəyi – təhlükəsiz və nəzarətli yeriş mühiti yaradır
Robotik ortoz – bud və diz oynaqlarını fizioloji trayektoriya üzrə hərəkət etdirir

Treadmill – davamlı və ritmik addım məşqini təmin edir

Augmented Performance Feedback / Virtual reallıq – motivasiyanı artırır və terapiya nəticələrini ölçülə bilən edir

Hansı hallarda tətbiq olunur?

İnsult sonrası yeriş pozğunluqları
Spinal kord zədələnmələri (SCI)
Travmatik beyin zədələnmələri
Serebral iflic
Parkinson xəstəliyi və digər nevroloji patologiyalar
Əzələ zəifliyi və hərəkət koordinasiya pozğunluqları

Lokomat® intensiv, təhlükəsiz və elmi əsaslara söykənən reabilitasiya yanaşması ilə pasiyentlərin funksional müstəqilliyinin artırılmasına xidmət edir.