Ultrasəs terapiya

Ultrasəs ağrısızlaşdırıcı, iltihab əleyhinə və tonuslayıcı təsirə malikdir. O, toxumalarda diffuziya proseslərini və maddələr mübadiləsini sürətləndirir. Ultrasəs dalğalarının köməyi ilə dərman maddələri dərinin 6 sm dərinliyinə kimi nüfuz edir.

Prosedura insan orqanizminə fiziki (ultrasəs) və eyni zamanda kimyəvi (dərman) təsir edir.

97d9954a408d4e73886800da9de977ad

Toxumalar vasitəsilə nüfuz edən mexaniki enerji, biokimyəvi reaksiyaların sürətlənməsini həyata keçirən istilik enerjisinə çevrilir, turşu balansının bərpası proseslərini stimullaşdırır. Beləliklə limfatik drenaj meydana gəlir və nəticədə ödemlər azalır.

Fonofarez – ultra səs dalğalarının köməyi ilə bədənə dərman maddələrinin yeridilməsi üçündür. Bu üsulun köməyi ilə orqanizmə həm dərman vasitələri həm də ultrasəs dalğaları müsbət təsir göstərir.

97d9954a408d4e73886800da9de977ad copy

Təsir mexanizmi:

-Toxumaları oksigenlə zənginləşdirərək birləşdirici toxumaların elastikliyini artırır
-Ultrasəs dalğaları hüceyrələrə təsir edərək qan dövranını sürətləndirir, maddələr mübadiləsini aktivləşdirir, limfadrenaj effekti göstərir.
-ödemləri azaldır, toxumaların regenerasiya proseslərini sürətləndirir, iltihabəleyhinə müsbət təsir göstərir.

Göstərişlər:

  • deformasiyaedici artrozlar,
  • periartritlər, bursitlər,
  • Dyupyutren kontrakturası,
  • Bexterev xəstəliyi (ağrıların və fəqərə sütunu kərkinliyinin azalması üçün), nevralgiyalar,
  • nevritlər,
  • radikulitlər,
  • mialgiyalar (ağrını sakitləşdirici məqsədlə),
  • ağrı sindromu
  • ginekoloji, dəri, göz xəstəlikləri zamanı və s.

Əks göstərişlər:

  • baş beyin və onurğa beyni xəstəlikləri,
  • mədənin qanayan xorası,
  • ürək-damar sistemi xəstəlikləri-stenokardiya zamanı
  • bronxoektaziya xəstəliyi
  • hamiləlik

Ultrasəs ilə müalicə şəkər diabetli, sifilisli, yaman şişli, çanaq nahiyəsinin venalarında trombozlar və durğunluq olan xəstələrə əksgöstəriş sayılır.

Kurs müalicə 8-10 seans olmaqla, 5-10 deq müddətində gündəlik aparılır. Təkrar kurs müalicənin təyin olunması individual olaraq 3-5 ay fasilə ilə təyin edilir.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur