Xroniki ürək çatışmazlığı (XÜÇ) ürək-damar xəstəliklərinin ağırlaşması kimi yaranır və ürəyin öz funksiyasını tam şəkildə yerinə yetirə bilməməyi ilə təzahür edir. XÜÇ zamanı böyük və / və ya kiçik qan dövranında qan durğunluğu yaranır. Bu, pasiyentlərin sağlamlıq durumunun və yaşayış keyfiyyətini əhəmiyyətli dərəcədə pozan simptomların (təngnəfəslik, şişkinlik, bədən boşluqlarında mayenin yığışması, yüklənmələrə dözümlülüyün azalması və s.) yaranmasına gətirib çıxarır.
XÜÇ-dan əziyyət çəkən xəstələrə, vəziyyətlərinin yaxşılaşması üçün kardioreabilitasiya keçirilməsi tövsiyə edilir. Reabilitasyanı I, IIa və IIb mərhələli; I və II funksional sinifin durğun ürək çatışmazlığı olan pasiyentlər keçə bilər. Proqrama, stasionarda müalicə tələb edən, həyat üçün təhlükəli olan vəziyyətlər istisna olmaqla, müşayiət edən xəstəliklərdən əziyyət çəkən pasiyentlər daxil edilir.
Bizim institutumuzda hər bir xəstə üçün bərpa müalicəsinin fərdi planı tərtib edilir. Terapiya təcrübəli, yüksək ixtisaslı mütəxəssislərin nəzarəti altında aparılır. Müasir və effektiv metodikalardan istifadə olunur. Proqramın keçirilməsi ərzində pasiyentin vəziyyəti daim monitorinq edilir ki, bu da sağlamlığın bütün dəyişikliklərini izləməyə, onu təhlükəsizləşdirməyə və keçirilən reabilitasiyanın maksimal effektivliyini təmin etməyə imkan verir.
Niyə XÜÇ zamanı kardioreabilitasiya kursu keçirilməlidir?
Müalicə keçirilmədikdə, XÜÇ inkişaf edir, qan dövranının zəifləməsi səbəbindən, daxili orqanların işi pozulur, çoxsaylı problemlər ortaya çıxır. Nəticədə simptomlar daha da ciddi və dönməz olur. Əksər hallarda ürək çatışmazlığı əlilliyə səbəb olur və həyat üçün potensial təhlükə təşkil edir.
Freminhem tədqiqatına əsasən, bu xəstəlik zamanı 5 illik sağ qalma dərəcəsi qadınlarda 58% , kişilərdə isə cəmi 38% təşkil edir. Bu, olduqca böyük rəqəmlərdir.
Xroniki ürək çatışmazlığı zamanı reabilitasiya məsələləri:
- Ürək və daxili orqanların funksiyasını yaxşılaşdırmaq, mövcud simptomları azaltmaq və ya ləğv etmək;
- Xəstəliyin inkişafını ləngitmək;
- Dərman terapiyasını optimallaşdırmaq, qəbul edilən preparatların miqdarını və dozalarını azaltmaq;
- Kəskin ürək-damar halları riskini, xəstəliyin dekompensasiyaları azaltmaq;
- Müşayiət edən xəstəliklərə düzəliş etmək;
- Pasiyentin fiziki imkanlarını artırmaq, fəallığın səviyyəsini yüksəltmək;
Xəstəni düzgün həyat tərzi və davranış barədə təlimləndirmək, reabilitasiyanın sonunda kafi əhvalın mümkün qədər uzun sürməsinə kömək edən tövsiyələri formalaşdırmaq.
XÜÇ zamanı reabilitasiya necə aparılır
Reabilitasiyanın keçirilmısində müxtəlif ixtisaslaşmaların həkimləri və təcrübəli orta tibb personalı iştirak edir. Pasiyent ilə kardioloq, nevroloq, psixoterapevt, funksional diaqnostika həkimi, fizioterapevt, həkim-laborant, diyetoloq, reabilitoloq işləyir.
Durğun ürək çatışmazlığı zamanı kardioreabilitasiya aşağıdakı qaydada yerinə yetirilir: Reabilitasiyanın başlanğıcından sonra ilk günlərdə pasiyent müayinə olunur və onun vəziyyəti həkimlər tərəfindən qiymətləndirilir. Diaqnostik prosedurların kompleksi keçirilir, ürək çatışmazlığının mərhələsi və funksional sinifi, digər mövcud xəstəliklər müəyyən olunur. Pasiyentin, kəskin koronar hallar üzrə müəyyən risk qrupuna aid olması müəyyənləşdirilir. Əldə edilmiş informasiyaya əsasən, həkimlər pasiyentin keçirilməsinin fərdi planını tərtib edirlər.
Proqram, aşağıdakı qaydada reallaşdırılır: dərman terapiya korreksiya olunur, fizioterapevtik proqram yerinə yetirilir, xəstənin fiziki imkanlarından asılı olaraq müalicəvi bədən tərbiyəsi aparılır. Bunun məqsədi – əzələlərinin işini yaxşılaşdırmaq və ürəyin işləməsini optimallaşdırmaq, pasiyentdə olan şikayətlərin və simptomların təzahürünü azaltmaqdan ibarətdir. Bu zaman institutun mütəxəssisləri pasiyentin vəziyyətinə fasiləsiz nəzarət edirlər.
Xəstəliyin proqnozunun yaxşılaşdırılması üçün risk amilləri ilə mübarizə aparılır. Pasiyentə siqaret çəkməkdən (əyər o, siqaret çəkirsə) imtina etməyə, arıqlamağa (əgər o, artıq çəkidən əziyyət çəkirsə) kömək edilir. Zəruri hallarda, maye qəbulu məhdudlaşdırılır. İnsanın, müalicəyə bağlılığını artırmaq və psixoloji durumunun yaxşılaşdırmaq məqsədi ilə, onunla psixoterapevt iş aparır, ona düzgün həyat tərzi və davranış barədə təlim keçirilir. Proqramın sonunda, pasiyentə, sonrakı müalicə və həyat tərzinə dair ətraflı tövsiyələr verilir və izah edilir. Hansı hallarda XÜÇ zamanı reabilitasiya aparılmır?
Qan dövranının ağır çatışmazlığı (XÜÇ-nin III mərhələsi, DÜÇ-nın III-IV funksional sinifi), dekompensasiya olunmuş ürək çatışmazlığı bərpa müalicəsinə əks göstərişdir. Bundan başqa, reabilitasiya, ciddi və həyat təhlükəsi olan, stasionar müalicə tələb edən vəziyyətlərə malik olan pasiyentlərə göstərişli deyil.
Ürək xəstəlikləri zamanı reabilitasiya 4 əsas hissəyə bölünür:
Tibbi müayinə və ümumi vəziyyətin qiymətləndirilməsi..
İlkin müayinə, həkimlərə, Sizin, kardioloji reabilitasiya seçiminə təsir edən ümumi vəziyyətinizi, fiziki gücünüzü, məhdudiyyətləri və digər vəziyyətləri qiymətləndirməyə imkan verir. Həkimlər, Sizin ürək xəstəlikləri, insultun və yüksək arterial təzyiqin inkişafının risk amillərini qiymətləndirirlər. Əldə edilmiş bütün məlumatlar əsasında həkimlər, məhz Sizin üçün təhlükəsiz və effektiv olan kardioloji reabilitasiyanın fərdi proqramını tərtib edirlər.
Fiziki fəallıq
Kardioloji reabilitasiya, yerimə (terrenkur), velosiped sürmə, üzgüçülük və fiziki fəallığın digər növlərinin köməyi ilə Sizin ürək-damar sisteminizin yaxşılaşdırılmasına yönəldilmişdir. Həmçinin əzələ gücünün yaxşılaşdırılması üçün güc təliməri (məsələn, ağırlıq qaldırma) tətbiq edilir. Əgər Siz daha öncə heç vaxt idmanla məşğul olmamısınızsa, narahat olmayın. Mütəxəssis-reabilitoloqlar komandası Sizin üçün təhlükəsiz və rahat təlimlər kompleksi seçəcək. Ümumiyyətlə, belə təlimləri həftədə üç dəfədən beş dəfəyə qədər keçirmək lazımdır. Sizə təlimlərin düzgün texnikasını, əsas kompleksdən qabaq əzələlərin hərəkətə hazırlanması və dartılması üsullarını öyrədəcəklər.
Düzgün həyat tərzinin öyrədiməsi..
Kardioloji reabilitasiyanın vacib məqamlarında biri pəhrizdir. Məhz düzgün qidalanma artıq çəkidən azad olmağa imkan verir. Sizə, artıq piy, duz və xolesterindən çəkinərək, sizin üçün daha uyğun olan düzgün qidalanmanı və məhsulları seçməyi öyrədəcəklər. Sizə, ürək xəstəliyi keçirmiş insanın sağlam həyat tərzinə heç uyğun olmayan zərəli vərdişlərdən, məsələn, siqaret çəkməkdən qurtulmağa kömək edəcəklər. Sizə, ağrı və yorğunluqdan qurtulmağın yollarını öyrədəcəklər.
Psixoloji dəstək..
Ürək xəstəliyi – Sizi normal həyatdan müəyyən bir müddətə yayındıran ciddi bir problemdir. Bu, sizi depressiyaya, narahatlığa gətirib çıxara bilər. Siz işləyə, adi işlərinizlə məşğul ola bilmirsiniz. Buna görə də psixoloji dəstək çox əhəmiyyətlidir. Əgər Siz depressiyadan əziyyət çəkirsinizsə, o zaman bərpanın bu mərhələsinə qeyri-ciddi yanaşmaq olmaz, əks təqdirdə, xəstəlikdən sonra bərpa çox çətin keçəcək. Depressiya ilə mübarizə, həm dərman terapiyadan, həm də əmək terapiyasından ibarət ola bilər və bu təlimlər Sizə xəstəliyi unutduracaq. Hərçənd, özünüzü pis hiss edərkən kardioloji reabilitasiya proqramını başlamaq çətindir, sonradan Sizin vəziyyətiniz xeyli yaxşılaşacaq. Kardioloji reabilitasiya Sizə narahatçılığın,depressiyanın öhdəsindən gəlməyə kömək edəcək və Sizə güc və enerji verəcək.