Kolpit – uşaqlıq yolunun selikli qişasının,törədicisi xlamidiya,mikoplazma,streptokokk,stafilokokk,hemofil çöpü və s. ola bilən, iltihabıdır.Xəstəlik bir neçə mikroorqanizm tərəfindən də yarana bilər.
Kolpit reproduktiv yaşda olan qadınların ən çox əziyyət çəkdiyi qadın cinsiyyət orqanlarının ən çox yayılmış xəstəliklərindən biridir.
Əgər qadın sağlamdırsa uşaqlıq yolu florası, əsasən müxtəlif mikroblara məhvedici təsir göstərən süd turşusu ifraz edən çöplərdən ibarətdir.
Uşaqlıq yolunun təbii florası, uşaqlıq yolu möhtəviyyatının turş reaksiyası ona patoqen və şərti-patoqen mikrobların düşməsinin və inkişafının qarşısını aldığına görə kolpitin inkişafına meylləndirən (təkan verən) faktorlar olmalıdır:
-cinsi yolla yayılan infeksiyalar
-digər infeksion xəstəliklər
-uşaqlıq yolu selikli qişasının mexaniki zədələnmələri
-selikli qişanın qidalanmasının pozulması
-uşaqlıq yolunun anatomik xüsusiyyətlərinin pozulması
-endokrin sistemin xəstəlikləri
-antibiotiklərin uzunmüddətli qəbulu
-allerqik reaksiyalar (prezervativə, şamlara, məlhəmlərə və s)
-şəxsi gigiyena qaydalarına riayət etməmək
Əgər uşaqlıq yolu selikli qişasının iltihabı müalicə olunmazsa iltihabi prosess uşaqlıq boynu kanalına, uşaqlığa, uşaqlıq artımlarına və s. keçə bilər.Bu isə,endometritə,uşaqlıq yolu eroziyasına və sonsuzluğa gətirib çıxarır.
Kolpitlər:
birincili (uşaqlıq yolu selikli qişası birbaşa iltihablaşır)
ikincili-qalxan (infeksiya vulvadan uşaqlıq yoluna düşür)
ikincili- enən (infeksiya uşaqlıq yoluna uşaqlıqdan keçir)
Eləcə də,spesifik və qeyri-spesifik kolpitlər var:
Uşaqlıq yolu selikli qişasının spesifik iltihabını cinsi yolla yayılan infeksiyalar yaradır. Belə iltihabın əsas simptomları: uşaqlıq yolu divarları ödemli,hiperemiyalaşmış, məxmərvari,toxunduqda qanama verir.
Qeyri spesifiklər seroz,selikli və irinli ifrazatla xarakterizə olunur.
Gedişinə görə kolpit:
-kəskin
-yarım kəskin
-süst
-xroniki
-latent
-simptomsuz olur.
Hamilə qadınlarda uşaqlıq yolunun selikli qişasının iltihabı mikoplazma və ya ureaplazma tərəfindən yaranır.Bu hamiləliyin pozulması və dölün yoluxmasının səbəbi ola bilər.
Kolpitin SİMPTOMLARI (kəskin):
-selikli-irinli ifrazat
-xarici cinsiyyət orqanlarında qızartı və qaşınma
-qarının aşağı hissəsində ağrı
-cinsi əlaqə və sidiyə gedərkən ağrı
-ümumi əhval-ruhiyyənin pisləşməsi
Baxış zamanı uşaqlıq yolu selikli qişasında ödem və hiperemiya müəyyən edilir.Xəstəlik ağır gedişli olduqda selikli qişanın üstündə kiçik eroziyalar yaranır.
Müvafiq müalicə aparılmadıqda xəstəlik tez-tez residiv verən xroniki formaya keçir.Simptomlar azalır və pasiyentləri az miqdarda selikli və ya irinli ifrazat, xarici cinsiyyət orqanlarında qaşınma (həmişə yox) narahat edir.
Baxış zamanı ödem və hiperemiya az və ya heç olmaya bilər,qan damarlarının genişlənməsi görünə bilər.Kolposkopiyanın köməyilə epitel qişada dəyişiklikləri aşkar etmək olar-uşaqlıq yolu selikli qişasının bəzi hissələrində epitel qişa olmaya bilər.Uşaqlıq yolunun divarları dəyişir, qalın və kələ-kötür olur.
Qocalıq kolpitinə uşaqlıq yolu selikli qişasının dəyişməsi,açıq sarı rəng olması,üzərində bitişmələrə səbəb ola biləcək hemorragik ləkələr və müxtəlif defektlər xarakterdir.
Kolpitin DİAQNOSTİKASI:
Anamnez toplandıqdan və ümumi ginekoloji baxış zamanı həkim iltihab əlamətlərini, epitelin dəyişmə dərəcəsini aşkar etdikdən sonra xəstəliyin törədicisini, onun antibiotiklərə qarşı həssaslığını müəyyənləşdirməyə imkan verən bir sıra müayinələrin aparılması vacibdir.
Kolpitin diaqnostikası üçün aşağıdakı müayinə üsullarından istifadə olunur:
-ümumi yaxma
-uşaqlıq boynundan sitoloji yaxma
-uşaqlıq boynu mikroflorasının bakterioloji müayinəsi (əkmə)
-antibiotiklərə həssaslığı müəyyən etməklə əkmə
-PZR analizi (mikoplazmaya,ureaplazmaya,xlamidiyaya,qardnerellaya,trixomonada,insan papilloması virusuna,sadə herpes virusuna)
-qanın İFA müayinəsi (göstərişə görə)
-sidiyin bakterioloji müayinəsi (əkmə)
-hormonal fonun müayinəsi (göstərişə görə)
Bakterioloji müayinələrin köməyilə kolpitin xarakteri-spesifik və ya qeyri spesifik olduğu müəyyən edilir. Kolpitin spesifik törədiciləri (xlamidiya, mikoplazma, ureaplazma və s.) PZR üsulunun köməyilə aşkar olunur.
Xəstəliyin törədicisi müəyyən olunduqdan sonra müalicə üçün maksimal effektiv preparatı seçməyə imkan verən, törədicilərin antibiotiklərə həssaslığını müəyyənləşdirmək məqsədilə qidalı mühitə əkmə prosesinin aparılması vacibdir.
Kolpitin MÜALİCƏSİ
Kolpitin müalicəsi – xəstəliyin inkişafına meylləndirən faktorların kənarlaşdırılmasına yönəldilmiş terapiya,kliniki təzahürlər nəzərə alınmaqla yanaşı gedən xəstəliklərin müalicəsidir.
Kolpitin müalicəsinə daxildir:
-antibakterial terapiya
-fizioterapiya
-ümumi möhkəmləndirmə üçün preparatlar
-pəhrizin gözlənilməsi
Yerli müalicə üçün təyinat:
-şırnaqla yuma
-mikrob əleyhinə şamlar və məlhəmlər
-məlhəm applikasiyaları
-uşaqlıq yolu vannaları
-yerli hormonal terapiya (göstərişə görə)
Müalicə dövründə süd- bitki pəhrizini gözləmək və maye qəbulunu məhdudlaşdırmaq lazımdır.Belə pəhriz uşaqlıq yolu və uşaqlıq boynu selikli qişasını qıcıqlandırmır.
Antibakterial terapiya yalnız xəstəliyin forma və mərhələsi nəzərə alınmaqla, törədicilərin antibiotiklərə qarşı həssaslığı müəyyənləşdirildikdən sonra təyin edilir.
Yumurtalıqların hipofunksiyası zamanı yerli hormonal terapiya vacibdir.
Kolpitin profilaktikasına xəstəliyin ilkin simptomları təzahür etdikdə həkimə müraciət etmək,şəxsi gigiyena qaydalarına riayət etmək,kontrasepsiyanın baryer üsullarından (prezervativdən) istifadə etmək daxildir.
Fizioterapevtik Müalicə
Kolpitin kəskin dövrdə aşağıdakı fizioprosedurlar tətbiq edilməsi məsləhət görülür:
- Qısa dalğa diametriyası – hər gün 10 dəq olmaqla 5-8 seans
- Vulvanın UBŞ şüalandırılması – 6 prosedur.
Kolpitin yarımkəskin və xroniki dövründə tətbiq olunan fizioterapevtik prosedurlar:
- Sink ilə elektrofarez- gündəlik 10 dəq olmaqla 6-8 prosedur
- Uşaqlıq yolu nahiyyəsinə Mikrodalğa terapiyası – gündəlik, kurs 10-15 prosedur
- Aralıq nahiyyəsinə UVÇ – gündəlik 20 dəqiqə, kurs 10-15 prosedur.
- Cinsiyyət üzvü nahiyyəsinə yerli darsonvalizasiya – 10-15 dəq, gündəlik, kurs 12-15 gün
- Vulvanın aşağı tezlikli lazerlə şüalandırılması, kontakt metodu ilə: 5-10 dəq, gündəlik, kurs 10 prosedur
- Cinsiyyət üzvünün dərman vastələri ilə fonofarezi: dimeksid, natri hidrokarbonat məhlulu, hidrokortizon mazı) gündəlik 2-3 dəqiqə, kurs 5-6 prosedur