Osteoporoz sümük kütləsinin azalması ilə gedən və sonunda sümük sınıqları ilə nəticələnən metabolik xəstəlikdir.
Osteoporozda fizioterapiya və reabilitasiyasının məqsədləri, qırıq riskinə qarşı qorunma tədbirlərini almaq, sümük kütlə itkisini azaltmaq, mövcud sümük kütləsini artırmaq, kəskin və xroniki ağrıya nəzarət etmək və düzgün duruşu qorumaqdır.
Osteoporoz müalicəsində fizioterapiya məşqləri həm sümük kütləsinin qorunması, həm də simptomlara istiqamətli müalicənin vazgeçilməz hissəsidir. Xüsusilə ağrı, duruş pozuqluğu, əzələ zəifliyi zamanı ilk ağla gələn müalicələrdir. Bu istiqamətdə reabilitasiya strategiyaları:
-Fiziki bərpa: Uyğun pəhriz, kalsium, sümük kütləsinə təsirli dərman preparatları.
-Şikəstliyin qarşısının alınması: Məqsəd xəstənin müstəqilliyidir. Bu məqsədlə xəstə və yaxınları xəstəlik haqqında məlumatlandırılmalı, uyğun bəslənmə, ətraf təhlükəsizliyi və düşmələrin qarşısının alınması mövzularında təlim keçirilməlidir. Onurğanın yükünü azaldan çəlik istifadə edilə bilər.
-Ağrının yaxşılaşdırılması: Soyuq və isti fizioterapiya müalicəsi, TENS’in istifadə edilməsini, spinal dəstəklər, cihazlar və dərman müalicəsi daxildir.