Müalicə prinsipləri ümumi olaraq digər oynaqlarda inkişaf edən osteoartrit ilə eynidir.
Müalicədə əsas məqsəd, ağrının azaldılması, oynaq hərəkət açıqlığının qorunması və ya artırılması surətiylə həyat keyfiyyətinin düzəldilməyə çalışılmasıdır.
Osteoartrit müalicəsinin əsasları.
– Xəstənin vəziyyətinin, xəstə yaxınları və baxıcısı tərəfindən çox yaxşı başa düşülməsinin təmin edilməsi və xəstəyə necə kömək ola biləcəkləri mövzusunda məlumatlandırılması.
-Ağrı və digər simptomları nəzarət altına alaraq xəstədə meydana gətirdikləri risklərin qarşısının alınması.
-Uyğun reabilitasiya üsulları ilə funksional çatışmazlıq və handikapı minimal səviyyəyə endirmək.
Osteoartrit müalicəsində tətbiq olunan müalicə üsullarını 3 qrupa ayrılır:
- Fizioterapiya və Reabilitasiya üsulları.
- Dərman müalicəsi.
- Cərrahi müdaxilə.
Fizioterapiya və Reabilitasiya üsulları:
- Ağrı: İsti və soyuq tətbiqlər, akupunktur, TENS
- Oynağın hərəkət açıqlığını qorumaq: Fleksiyon, ekstansiyon, rotasyon gərmə məşqləri, üzü üstə yatma
- Əzələ zəifliyi və atrofiyası: İzometrik məşqlər (abduktor və kuadriseps)
- Gündəlik həyat aktivliyi: Adaptive cihazlar, peşə və digər gündəlik fəaliyyətlərin düzgün icra olunmasının təmin edilməsi.