Uzay terapiyası - fizioterapiya və reabilitasiya elmində son dövrlərdə inkişaf etdirilən və Uşaq Serebral iflici başda olmaqla, travmatik beyin zədələnmələri zamanı yaranan inkişaf ləngimələri və bir cox nevroloji xəstəliklərdə istifadə olunan müasir pediatrik-fiziki müalicə metodudur. Bu metod yeni olmasına rəğmən fizioterapiya və reabilitasiya elminin fundamental hissəsini təşkil edir, zəif əzələlərin qravitasiya qüvvəsinə qarşı çıxabilməmə uğursuzluğuna əsaslanır. Metodun əsasını əzələ və oynaqlara müxtəlif yöntəmlərlə, dəyişə bilən qüvvət və dəstək vermək məqsədi ilə hazırlanmış yumşaq geyiniləbilən bir ortepedik sistemi təşkil edir. Uzay terapiyası eyni zamanda suit therapy, adeli suit therapy və spider therapy kimi adlarla tanınır.
Uzay terapiyası öz əsasını kosmonavtların çəkisizliklə üzləşdikdə əlverişsiz vəziyyətlərin qarşısını almaq üçün xüsusi hazırlanan Penguin Suit adlı geyimindən götürür. Bu geyim çəkisizlik nəticəsində əzələ və sümüklərin yetəri qədər yüklənmədiyi, əmələgələ biləcək əzələ atrofiyası və osteoporoz (sümük əriməsi) kimi xoşagəlməz vəziyyətlərin qarşısını almaq üçün bədənin böyük oynaqlarına təzyiq etmək bacarığına əsaslanır. Nevroloji xəstələrdə ilk dəfə 1992ci ildə istifadə edilən bu xüsusi geyim xəstələrin bədənlərində əmələ gələn kompression ilə proprioseptif xəbərdarlıq siqnalını ortaya çıxarır. Vücudun normal duruşu üçün çox önəmli olan proprioseptiv girişlər nevroloji xəstələrdə kifayət qədər deyildir. Suit adlı kostyumun bu müsbət təsiri sayəsində beyin və əzələlər arasında daima davam edən əlaqə xəstənin bədəninin özünü tanıma sisteminə (bilincinə) müsbət təsirini göstərir.
Uzay və ya Spider terapiyası- xüsusi hazırlanmış vertikal alətdən (instrument) ibarətdir ki bu da pasientin sərbəst və təhlükəsiz hərəkətini təmin edir. Pasient otaqda qəfəs şəklində hazırlanmış alətdə dayanaraq, fizioterapevtlərin köməyi ilə xüsusi elastik bantlarla bağlanılır və bağlanan bantlarla bədənin müvafiq hissəsinə ( məsələn lazımı ətraflara) lazımı gərginlik, yük verilir və ya əksinə müəyyən qrup əzələləri yüklənmədən azad etdirir. Düzgün yaradılmış vəziyyət sayəsində uşaqlar qamətinin düzgün saxlamaq,müxtəlif hərəki məşqləri sərbəst etmək bacarığına yiyələnirlər. Bu metod dinamik dəstək rolunu oynayaraq pasientə istənilən hərəkəti sərbəst şəkildə icra etməyə və sensor inteqrasiyasını yaxşılaşdırmağa imkan verir. Yaranan gərginlik qüvvəsi sayəsində yer çəkisi aradan qaldırılır və xəstənin normal hərəkət edə bilməyəcəyi bir çox hərəkətlər yer çəkisi olmadan həyata keçirilir. Bu tip yaradılan çəkisizlik afferent vestibulyar-proprioseptiv girişin normallaşmasına imkan verir.
Vestibulyar sistemin dayaq-hərəkət sistemimiz üzərində rolu çox böyükdür. Vücudumuzun hər bir hissəsi pozisiya və duruşunu koordinəedən, hərəkətlərimizlə bağlı beynimizə informasiyanı əql edən reseptorlarla zəngindir. Bütün oynaqlar “proproseptiv” və “sensor” reseptorlarla zəngindir, bu da beyinlə bədən hissələri arasında xəbər ötürmə rolunu oynayırlar. TheraSuit müalicə yöntəmində istifadə olunan xüsusi geyim böyük oynaqlarda kompressiya yaradır, nəticədə oynaqlara düşən təzyiq artır. Bununla da oynaqlardakı sensor və proproseptiv məlumatın alınıb mərkəzi sinir sisteminə ötürülməsi həyata keçir. “TheraSuit”in oynaqlar üzərində göstərdiyi dəyişiklik son dərəcə vacibdir. Əslində bu vəziyyət körpələrin hətta yetkin uşaqların öyrənmə, böyümə və inkişafını izah edən mexanizmlərin təməlidir.Sensor orqanlar orqanizmimizin nə etdiyinə, necə hərəkət etdiyinə dair daima beyinimizə informasiya göndərir, beynimiz isə bunun nəticəsində vücudumuzun necə və hansı tərəfə doğru hərəkət etmə siqnalını neyronlar vasitəsilə ətraf toxumalara ötürür. Beyin məlumat və koordinasiya şəbəkəsinin mərkəzindəki orqandır, davamlı olaraq düzəlişlər edərək doğru, düzgün və zamanında hərəkət etməyimizə yardım edər.
Onurğanın vertikal vəziyyəti yerimənin inkişafında çox önəmli yer tutur. Bu vəziyyətdə dayanmış xəstə uşaq yıxılma qorxusu olmadan müxtəlif hərəkətləri praktikə edərək təcrübə qazanır. (ayaqüstə dayanmış vəziyyət, ayaqları ilə itələmə hərəkətləri etmək,başını düzləşdirmək, əlləri hərəkət etdirmək, 1 ayağı qaldırmaq, tullanmaq....)
Spider və ya uzay metodu koordinasiyanı, müvazinəti saxlamağa, əzələ dözümlülüyünü inkişaf etdirməyə kömək edir. Bu metod baş və gövdənin düzgün idarə edilməsinə, eyni zamanda ətraf mühitdə uşağın sosial inkişafına müsbət təsir göstərir.
Oynaqların, bağların, əzələlərin, vətərlərin və oynaq kapsulun propriosepsiyası nə qədər yaxşı olarsa, əzələlərin və bədən hissələrinin uyğunlaşdırılması və uyğunlaşdırılmasına daha yaxşı müvəffəq olmaq olar.
Uzay terapiyasında istifadə olunan suit adlı geyimin faydaları bunlardır:
- Taktil toxunma hissiyatının yaxşılaşdırır
- Mərkəzi sinir sistemini stimullaşdırır
- Xarici sabitliyi təmin etmək
- Əzələ tonusunu normalizə edib, spazmı azaldır
- Vücudun duruşunu düzəldir
- Dinamikanı təmin edir
- Patoloji refleksləri azaldır
- Bədənin ümumi duruşunu və düzgün hərəkət nümunələrini yenidən qurur
- Xarici balans təmin edir və zəif əzələləri gücləndirir
- Bədənin görünüşünü düzəldir.
- Vestibular sistemə təsir göstərir.
- Beyin mərkəzi sinir sistemini yenidən hazırlamaq üçün stimullaşdırır.
- Toxunma və sensor stimullaşdırılması təmin edir.
- Düzgün yeriməni modelizə edir
- Balansı saxlamaqda köməklik göstərir
- Koordinasiyanı inkişaf etdirir
- Əzələlərin daha da gücləndirilməsi üçün dayaq funksiyasınıgörür
- Zəif əzələləri dəstəkləyir
- Mərkəzi sinir sisteminin kontrolu və gövdənin dəstəyi ilə danışıq qabiliyyətini formalaşmasına, sərbəst axıcı danışmağa kömək edir
- Ataksı və atetozda kontrolsuz hərəkətləri azaldır
- İncə motor bacarıqlarlarını inkişaf etdirməyə köməklkik göstərir
- Özünəinam hissini artırır
- Müalicə müddətini azaldır
Uzay terapiyası serebral iflic, onurğa beyin yaralanmaları, travmatik beyin zədələnmələri və neyromuskulyar xəstəliklər kimi bir çox hallarda istifadə edilir. Uzay terapiya üsulu spesifik məşq proqramına əsaslanır. Patoloji reflekslərin aradan qaldırılması və yeni, düzgün, funksional hərəkət nümunələrinin yerləşdirilməsi böyük önəm daşıyır.
Aşağıdakı qrup xəstələrə bu metodu tətbiq etmək məqsədəuyğundur:
- Uşaq serebral iflici
- İflic keçirmiş xəstələr
- Travmatik beyin zədələnmələri
- Neyromuskulyar xəstəliklər
- Onurğa beyin zədələnmələri
Uzay Terapiyasının Məqsədləri:
- Hərəkət növünün artırılması
- Əzələ gücünün artırılması
- enerji xərcinin azaldılması
- yeni hərəkət növlərinin öyrədilməsi və planlama bacarığının qazanılması
- müxtəlif təsirli inteqrasiya üsullarını təmin edir
- etimad və inam hisslərini inkişaf etdirməyə kömək edir
- ağrıları azaltmaq
- hərəkətliliyi artırmaq
- Funksional qabiliyyəti artırmaq
- kontrakturun formalaşmasının azaldılması
- Təminatı asanlaşdırmaq
- aktiv və passiv hərəkətləri artırmaq, əzələ gücünün artırılması
- Zəif əzələ qruplarında hərəkətliliyin ağırlığını aradan qaldırmaqla hərəkət edir
- əzələ gücü və elastikliyi ölçüləbilir və görünən mənfəəti təmin edir; spazmın tezliyini azaldır;
- Balansı yaxşılaşdırır
- Koordinasiyanı təmin edir
- Bəzi funksional bacarıqlılıqla təmin edilir
- Xüsusi iş rahatlığı təmin edilir
- Hər hansı bir vəziyyətdə mövqeyini sabitləşdirməyə kömək edir
Uzay terapiyasının hədəfi:
- Uşaqların əzələ tonusunu standart vəziyyətə gətirmək
- Aktiv hərəkətlərin miqdarını artırmaq
- Qüvvət və dayanaqlılığı artırmaq
- “Müstəqil, fərdi” çalışa bilmək, körpənin funksional bacarıqlarını daha da inkişaf etdirməyə yönəlmək, qüvvətlənən əzələ qruplarını kontrolda saxlamaq.
UZAY TERAPİYASI- xüsusi və spesifik məşq proqramına əsaslanır. Müalicə taktikası patoloji refleksləri aradan qaldırılaraq, hərəkətin yeni, düzgün və funksional nümunələrinin yerləşdirilməsinə əsaslanır.
Uzay terapiyasında məşqlər gündə 3-4 saat, həftədə 5 gün və 3-4 həftə müddətində aparılır.
Ilk həftə: tonusun azaldılması, patoloji hərəkətlərin azaldılması, müntəzəm aktiv hərəkətlərin artırılması və ümumi gücləndirmə
2-ci Həftə: spesipik əzələ qruplarının gücləndirilməsi
3-cü Həftə: Yüksək güc və dözümlülüyü (oturma, sürünmə, gəzinti) istifadə edərək uşağın funksional səviyyəsinin yaxşılaşdırılması
Uzay terapiyası patoloji hərəkətləri azaldır, gücü artırır, əzələ nəzarətini və koordinasiyasını, dayanıqlığı artırır; bu da oturma, iməkləmə və gəzinti kimi funksional fəaliyyətləri gücləndirir.