Protez, hər hansı bir oynaqda ağrını azaltmaq və hərəkət genişliyini təmin etmək məqsədi ilə oynağın yenidən yaradılmasıdır.
Protezdən sonra aparılan reabilitasiyanın ana hədəfləri;
-Ağrının aradan qaldırılması.
-Əzələ-skelet funksiyasının bərpa olunması.
-Artroplastika olunmuş oynağa həddindən artıq yüklənmə olmadan gündəlik həyat fəaliyyətlərinə geri dönməsi.
-İmmobilizasyadan sonra inkişaf edə biləcək dərin vena trombozunun, ağciyər emboliyası kimi ağırlaşmaların qarşısını almaq.
-Hər bir funksional bir oynaqda olan hərəkət açıqlığını təmin etmək.
-Diz oynağını sabit saxlamaq üçün diz ətrafı əzələlərini gücləndirmək.
-Xəstənin müstəqil olmasını təmin edərək həyat keyfiyyətini yüksəltmək.