Aşağı ətrafların sinirlərinin nevropatiyası ümumi kiçik qamış siniri və ya onun şaxələri, səthi kiçik qamış və ya böyük qamış siniri qamış sümüyünün başı səviyyəsində zədələnə bilir. Nevropatiyalar sinirlərin zədələdiyinə görə baş verir. Bu zədələnmələrə ən çox ayağını ayağının üstünə aşırıb oturan adamlar arasında rast gəlinir. Diabet, vaskulit, disproteinemiya və s.etioloji amillər səbəbli də arxa ətrafların sinirlərinin nevropatiyasına səbəb ola bilir.
Əlamətləri:
Ümumi kiçik qamış sinirinin zədələnməsi zamanı pəncənin arxa bükücü əzələlərində zəiflik meydana çıxır, pəncənin bayır tərəfə dönməsi zəifləyir. Bu zaman baldırın və pəncənin bayır səthinin keyiməsi qeyd edilir. Bu zaman sanki xəstələr ayaqlarını şappıldadaraq gəzirlər.
Böyük qamış sinirinin ön şaxələrinin zədələnməsi pəncənin və barmaqların bükülməsinin zəifləməsinə səbəb olur. Bu sinir içəri topuğun arxasından keçdiyi yerdə, eləcə də pəncənin daraqönü sahəsindəki kanalda zədələnə bilər.
Ayağın altı boyunca və pəncə barmaqları əsasında ağrı, sancalar, keyimə təzahür edir. Ayaqaltı sinirin medial və lateral şaxələri prosesə cəlb oluna bilir. Birinci sinirin zədələnməsi zamanı pəncənin medial hissəsində, ikincinin zədələnməsi zamanı isə pəncənin yan səthində xoşagəlməz hisslər qeyd olunur. Bu zaman pəncənin medial və lateral səthində hissiyyatın pozulması baş verir.
Xəstəliyə diaqnozun qoyulması çətinlik törətmir.
Müalicə hormonların yerli tətbiqi və fizioterapiya ilə aparılır. Müalicənin effekti olmadıqda cərrahi müdaxilə tətbiq edilir. Bu zaman sinirin dekompressiyası aparılır.