Ürək xəstələri üçün ən böyük təhlükələrdən biri hərəkətsizlikdir. Ürəyin təbii dərmanı hərəkətdir.
Kardioloji rehabilitasiya ilə xəstələr fiziki, psixoloji və funksional olaraq ən üst səviyyəyə çıxarılır.
Əvvəllər infark ya da bypass keçirən xəstələr bir neçə ay davam edən yataq istirahəti verilirdi. Bu xəstələr keçirdikləri ürək xəstəliklərinin təkrar etməsindən qorxduqları üçün passiv və hərəkətsiz bir həyat seçirdilər. Bu hərəkətsizlik depressiyaya, özünə qapanmaya, sosial izolyasiyaya kimi xəstənin həyat keyfiyyətinə olduqca mənfi təsir edirdi, nəticələridə pisləşdirirdi. Lakin sonralar sübüt olunduki hərəkətlə ürək xəstəliklərində qorunmaq mümkündür və ağırlaşmaların qarşısı alınır. Bu sahədə aparılan elmi araşdırmalar sübut etdiki əsil təhlükə hərəkət deyil, hərəkətsizlikdir. Bundan sonra artıq ürək xəstəlikləri üçün xüsusi məşq proqramları hazırlandı.
Kardioloji rehabilitasiya ürək və damar xəstəliyi olan xəstələrin fiziki, psixoloji və iş görmə qabiliyyətinin maksimuma çatdırılması məqsədi ilə aparılır.Günümüzdə ürək əməliyyatlarından sonra da reabilitasiya edilir və vacib elementlərdən biridir.
Kontrollu bir şəkildə icra olunan məşq programı ürək xəstəliklərində müşahidə olunan şikayətləri gözlə görüləcək şəkildə yaxşılaşdırır. Kardiyaloji reabilitasiya proqramı ürək xəstəliyi olan xəstələri izolə olmaktan, sosial hayatdan qopmaqdan və aktivliklərinin azalmasından qoruyur.
Bunun köməyi ilə ürək xəstələri həyata təkrar qayıdır.
Ona görə də ürək xəstələri məşqlərdən qorxmamalı və bu tip proqramları icra etməlidir!