Kifoz

Kifoz insanın onurğasında baş verən qeyri-normal əyriliklərdən biri – onurğanın döş nahiyəsindən önə doğru əyilməsi.

Kifozun əlamətləri: Donqar durmaq, yüngül kürək ağrılar, onurğada tutulmalar və ya ağrı, yorğunluq

Kifozun təyini:

önə əyilmə testi vasitəsilə kifozu təyin etmək mümkündür. Önə əyildildən sonra yandan onurğaya baxılır. əgər kifoz varsa kürəyin üst hissəsi şiş görünür. Eyni zamanda rentgen vasitəsilə də kifozu təyin etmək və onun dərəcəsinidə öyrənmək olar.

Müalicə

əyrilik dərəcəsi 50° və ya daha çox olan uşaqlarda böyümə ilə əlaqədar bu dərəcə arta bilər. Ağrı ortaya çıxdıqda ağrı kəsicilərdən istifadə oluna bilər. Bu zaman xəstələr çox hərəkət etməməlidirlər. Uşaqlarda korset müalicəsi, eyni zamanda fizioterapiya və reabilitasion tədbirlər xəstəliyin irəliləməsinin önünə keçilir. Böyümə periodunun sonuna qədər korset müalicəsinə davam edilir. Əgər əyrilik 75°-dən çox olarsa cərrahi müalicədən istifadə olunur. Cərrahi əməliyyat vasitəsilə əyrilik tamamilə düzələ bilir. 

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur