Miopatiya

Miopatiya– əzələ xəstəliyi olub, əzələ zəifliyi ilə müşahidə olunur.

Patofiziologiyası

Əzələ hüceyrələrində tamlığın və metobolik prosesslərin pozulması genetik inkişaf anomaliyası, infeksiya, toksinlər, iltihab, horomonal və elektrolit balansının pozulması nəticəsində baş verə bilir.

Təsnifatı

Miopatiyalar iki böyük qrupa bölünür:

  • Anadangəlmə miopatiyalar (muskular distrofiyalar, metobalik miopatiyalar, mitoxondrial miopatiyar)
  • Qazanılmış miopatiyalar ( iltihabi , infeksiyon ,toksik, sistem xəstəliklərinə bağlı )

Iltihabi miopaiyalar

  • Polimoizitlər
  •  Dermatomiozitlər
  • əlavə cisimcikli miozitlər

Infeksiyon

  • Virus infeksiyaları (İİV, influenza virusu, Epstein-Barr virusu)
  • Bakterial piomiozitlər (Staphylococcus aureus və streptococci)
  • Spiroxetlər (Laym xəstəliyi)
  •  Parazitik infeksiyalar

Toksik Miopatiyalar

  • Dərmanlar (Steroidlər, xolesterin azaldan dərmanlar, Propofol, Amiodaron, kolxisin,Omeprazol, Triptofan)
  • Toksinlər (Alkoqol, Toluin)

Sistem xəstəliklərlə bağlı miopatiyalar

  • Endokrin xəstəliklər (Tiroid, Paratiroid, Pituitary ya adrenal disfunksiya)
  • Sistem iltihabi xəstəliklər (Qırmızı qurd eşənəyi, Revmatoid artrit, Sklerodermiya, Şeqren sindromu, sarkoidoz, qarışıq birləşdirici toxuma xəstəlikləri)
  • Elektrolit disbalansı (kalium ya maqnezium anormallığı, hipofosfatemiya)
  • Kritik xəstəlik miopatiyası
  • Amiloid miopatiyası (birincilli amiloidoz, ailevi amiloidoz)

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur