PNF texniklərinin məqsədi nəzərdə tutulan əzələ qrupları üçün asanlaşdırma, inhibə etmə, gücləndirmə və rahatlama yolu ilə funksional hərəkəti yaxşılaşdırmaqdır. Bu üsullar konsentrik, eksentrik və statik əzələ kontraksionlarını istifadə edir. Xəstənin ehtiyaclarına görə, əzələ kontraksionları müvafiq müqavimət və asanlaşdırma metodları ilə kombinə edilir.
Oynaq hərəkət bucağını artırmaq və yeni qazanılan bucaqda əzələləri gücləndirmək məqsədi daşıyır. Yığıl- rahatlaş kimi bir gəvşəmə texnikası, hərəkət bucağını artırmaq üçün istifadə olunur. Dəyişik dinamik və ya izotonik birləşmə kimi asanlaşdırma üsulları yeni alınan hərəkət növünün gücünü və nəzarətini artırmağa yönəlmişdir.
Gücləndirici təlimlər zamanı əzələ yorğunluğunu azaltmaq məqsədi daşıyır. Tərs (reversal) dinamik ya da izotonik kombinasiya kimi asanlaşdırma texnikası ilə yeni qazanılan hərəkət bucağındakı qüvvət və kontrolun artırılması hədəflənir. Gücləndirmə məşqləri əsnasında əzələ yorğunluğunu azaltmaq hədəflənir.
Təkrarlanan gərmə kimi qüvvətləndirmə texnikasının ardından tərs dinamika ilə(tərs yavaş) işləmiş əzələlərin yorğunluğu azaldılır. Təkrarlı gərmə texnikası əzələləri yormadan daha uzun müddət işləməsini təmin edir. Antagonist əzələlərin dəyişən kontrasiyaları bir əzələ qrupunda təkrarlanan məşqdən sonra yaranan yorğunluqları aradan qaldırır.