Sümük iliyi ödemi

Sümük iliyi orqanizmin qan hüceyrələrini əmələ gətirmək funksiyasını daşıyır. Sümük iliyi ödemi isə travma və bir çox faktorla bağlı olaraq sümük toxumasında maye toplanması ilə bərabər sümükdə əmələ gələn təzyiqin tibbi adıdır.

Ayaq və ayaq biləyi, diz oynağı, qalça oynağı, çiyin oynağı kimi əsasən böyük və yük daşıyan oynaqlarda yaransa da,bütün sümüklərdə də yaranma ehtimalı vardır.

Yaranma səbəbləri:

1. Sümük iliyinin ən çox rast gəlinən səbəbi travmadır. Yıxılma, zərbə və burxulma kimi səbəblər nəticəsində ortaya çıxır.Bunlarla yanaşı yüklənməyə məruz qalan idman növləri ilə məşğul olan insanlarda sümük iliyi ödeminin yaranmasına rast gəlinir.

2. Travmadan sonra daha tez tez rast gəldiyimiz sümük iliyi ödeminin səbəbi kirəcləşmədir. Bildiyimiz kimi bütün sümüklərimizin oynaq başları qığırdaqla qapalıdır. Bir çox faktorlardan oynaq qığırdaqlarımız zədələnə, qığırdaq strukturu incələ, bəzən diz oynaqlarında təmamilə itə bilər. Bu səbəbdən sümüyün yük daşıma qabiliyyəti aşağı enə, oynağa düşən təzyiqin artmasına səbəb olar ki, bu da sümük ödeminin yaranmasına bir başa səbəbdir.

3. Sümüyün bir hissəsinin ölməsi- osteonekroz adlanır. Sümük toxumasının daxilində kiçik qan damarları mövcuddur ki, bu da sümüyün qidalanmasını təmin edir. Bu qan damarları öz funksiyasını yerinə yetirmədikdə sümük toxumasının nekrozu yaranır. Ölmüş sümük toxumasının olduğu qismlərdə ödem və ağrı meydana gəlir.

Hamiləlik kimi bəzi xüsusi dövrlərdə vücudumuzun bir çox hissələrində ödem yaranma ehtimalı yüksəlir. Sümük strukturuna təsir edən qidalanma pozğunluqları sümüklərdə deformasiyanın yaranmasına və nəticə etibari ilə sümük iliyi ödeminə səbəb olur. Bu kimi deformasiyalar daha çox sümüklərin oynaq nahiyyələrində rast gəlinir, bu da onların təzyiqə daha çox məruz qalmaları, qidalanma pozğunluqlarının məhz bu nahiyyədə daha tez tez rast gəlinməsindən irəli gəlir.

Sümük iliyi ödeminin ən çox rast gəlinən səbəbləri:

-Sümüklərdə yaranan zədələnmə və travmalar

-mikro sümük qırıqları

-kortizon tərkibli dərman preparatlarına bağlı olan deformasiyalar

-Sümüklərin qidalanma pozğunluqları

-Podaqra xəstəliyi

-Anemiya

-Revmatizmal xəstəliklər

-Sümük iliyi sindromu

-şiş xəstəlikləri

-radioterapiya

Simptomlar:

Əsas simptom oynaq üzərində şişkinliklə bərabər ağrı hissinin olmasıdır. Ağrı əsasən oynağa yük verildikdə yaranır. Ayaq nahiyəsinin sümük ödemi zamanı xəstə ayağını yerə basmaqdan çəkinir. Sümüklərdə yaranan deformasiyalar səbəbindən güclü ağrı hissinin olması, artriti olan xəstələrdən ağrının daha intensiv olması ilə fərqlənir. Dioqnoz əsasən ortopedin müayinəsi əsasında qoyulur. Dioqnoz MRT müayinəsi və qan analizi əsasında dəqiqləşdirilir.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur