Ürək reabilitasiya; ürək narahatlığı olan fərdin fiziki, sosial, psixoloji və peşə baxımdan ən yaxşı funksional səviyyəyə çatması üçün edilən reabilitasiya işlərinin bütünü ürək reabilitasiya olaraq adlandırılır.
Ürək reabilitasiyası məqsədi Arteriosklerozun qarşısını almaq və azaltmaq, miokardın işemiyası, infarkt və ya ani ölüm riskini azaltmaq, Kardiovaskulyar funksiyanı və tutumu ən yüksək səviyyəyə çıxartmaq olaraq sıralana bilər. Ayrıca ürək reabilitasiyası məqsədləri;
-Məşq toleransını və gündəlik həyat fəaliyyətləri performansını ən yüksək səviyyəyə çıxartmaq
-Xəstə üçün idarəli və təhlükəsiz bir aerobika məşq proqramı hazırlamaq
-Təhlükəsiz fəaliyyət və iş üçün istiqamətləndirmə təmin etmək
-Tac damar xəstəliyinin risk faktorlarını nəzarət altına almaq
-Xəstənin stresslə baş edə bilməsinə köməkçi olmaq
-Enerji qənaəti və işi sadələşdirilməsi prinsiplərini öyrətmək
-Həyat keyfiyyətini yaxşılaşdırmaqdır.
Qısaca ürək reabilitasiyasının məqsədi yaşama müddətini uzatmaq və həyat keyfiyyətini artırmaqdır. Ürək reabilitasiyası mütəxəssislər tərəfindən təyin olunaraq adama uyğun şəkildə tətbiq olunur!