Ön çarpaz bağ zədələnməsi daha çox fəal idmanla məşğul olan idmançılarda baş verir ki,burada qəfil hərəkətin istiqamətini dəyişmək və dayanmaqla edilən çoxlu qaçmaq tələb edilir.Məsələn futbol və ya böyük tennis zamanı.Əgər sizdə zədəyə qarşı meyllilik varsa, bunu trenajor zalında məşğul olan zamanda zədələmək mümkündür.
Riski qiymətləndirin.
Üzü güzgüyə tərəf durun,pəncələr çiyin bərabərində olsun.Çanağı geri verməklə maksimal dərəcədə oturun,Bu zaman daban döşəmədən ayrılmamalı və bel rotasiya olmamalıdır.(burulmamalıdır).Bu zaman sizin dizləriniz kənara qaçmırsa,əksinə yaxınlaşırlarsa,sizdə ön çarpaz bağ zədələnmə ehtimalı çox böyükdür.
Profilaktikası.
Diz oynağına aid olan əzələ qrupunu gücləndirmək üçün və elastikliyini təbii saxlamaq üçün planlı şəkildə hərəkətlər etmək,bundan başqa dərin hissiyyatı (deep perception) inkişaf etdirmək üçün müvazinət və balans hərəkətlərini daim təkrarlamaq lazımdır.