Shin Splint (qaçışçı ayağı)nədir?

Shin Splint, qaçışçı ayağı və ya medial tibial stress sindromu adı ilədə bilinir. Uyğun olmayan və həddindən artıq sərt zəminlərdə idman etmək, səhv ayaqqabı seçimi, qaçış texnikasında səhv tətbiqlər və ayaqdakı anatomik pozğunluqlardan qaynaqlı olaraq ortaya çıxır. Bu xəstəlik sümük pərdəsinin iltihabı reaksiyası ilə xarakterizə olunur. İdman edən və qaçış hərəkətini tez təkrarlayan fərdlərdə daha çox görüldüyü üçün qaçışçı ayağı adı ilə tanınır.

Xəstələr ayaqlarının daxili-ön qismində meydana gələn bir ağrıdan şikayət edirlər və bu ağrı barmaqlar, ya da ayaq biləyi aşağı büküldüyündə şiddətlənir.

Ayaqda tibia sümüyünün qarşısında tibialis anterior əzələsi ayaq biləyinin yuxarı çəkilməsində iştirak edir. Bu əzələ tibia sümüyünün xarici səthinə boydan boya yapışır. Bu xəstəlik zamanı əzələ ilə sümük arasında ayrılmalar meydana gəlir və bölgədə iltihab yaranır. Yaranan iltihab nəticəsində isə xəstələr dizlərinin qarşısında ağrı hiss edirlər. Shin splintstə ağrı tibia boyunca hiss edilir və qaçma kimi məcburedici hərəkətlərlə daha da şiddətlənir, istirahət əsnasında isə yüngülləşir.

Diaqnoz qoymaq üçün ümumiyyətlə fiziki müayinə və xəstə əhvalatı kifayətdir. Ancaq həkimlər bəzən MRT müayinəsi istəyə bilər. Diaqnozu qoyulan xəstəlik üçün ilk tövsiyə istirahətdir. Shin splint üçün elastik bir alt baldırlık korset istifadə olunur və soyuq müalicəsi tətbiq olunur.

İnadçı vəziyyətlərdə fizika müalicə üsulları tətbiq olunur. Shin splint cərrahi müdaxilə tələb etmir.

Müalicə müddəti 2 həftə ilə 2 ay arasında dəyişir və yavaş bir reabilitasiya proqramı izlənir.

Məsləhətlər.
-Qaçmaq, yerimək üçün çətin və kələ-kötür, enişli-yoxuşlu səthlər yerinə torpaq və ya çəmən kimi yumşaq yamaclarında istifadə etməli.
-Məşq və ya yarışlardan əvvəl kafi əzələ istiləşməsinin təmin edilməli.
-Fiziki məşq boyunca ayaq və ayaq biləyini yaxşı dəstəkləyən ayaqqabılar geyilməlidir.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur