Artroz və artrit zamanı üzgüçülük
İnsanların əksəriyyəti dayaq-hərəkət aparatı xəstliklərindən əziyyət çəkir və vəziyyətin yüngülləşdirilməsi və deformasiyanın azalması üçün düzgün müalicə vacibdir. Artrit, artroz və oynaqların başqa patologiyaları zamanı üzgüçülüyün faydası qiymətsizdir. Basseynda müntəzəm məşqlər nəinki əzələləri, həmçinin insan orqanizmin bütün toxumalarını möhkəmlədir. Çox zaman həkimlər revmatoid artrit, osteoxondroz travmalardan sonra yaranan artroz zamanı üzgüçülüyü tövsiyə edir.
Oynaq xəstəliklərinin xüsusiyyətləri
Diz oynağının artrozu aididilən degenerativ patologiyalar dizlədə güclü ağrı ilə müşahidə olunur. Xəstəlik daha çox 60 yaşından yuxarı yaşlı insanlarda rast gəlinir. Patologiya amortizasiya və oynağın hərəkətini yüngülləşdirməsi üçün vacib olan oynaq vətərinin dağılması ilə xarakterizə edilir. Bu halda sümüklərin intensiv parçalanması baş verir. Xəstəlik diz nahiyəsində ağrı hissi, şişkinliklə, hərəkətlərin sərbəstliyinin itirilməsi müşahidə olunur.
Revmatoid artriti iltihab mənşəli patologiyalara aiddir, xəstəlik zamanı oynaq qışalarının və vətərlərin zədələnməsi baş verir. Sidik kisəsinin mübadilə proselərinin pozulduğu zaman baş verən oynaq xəstəliklərindən biri də podaqra artritidir. İltihab və ağri simptomlarını inkişaf etdirən və oynaqlarda toplanan kristallar əmələ gəlir.
Bu cür patologiyaların əsas xüsusiyyətlərini zədələnmiş oynaqların hərəkətliliyinin itirilməsi, şişkinlik və ağrı hissi təşkil edir. Oynaq xəstəliklərinin müalicəsinin və qarşısının alınmasının ən effektiv və təhlükəsiz metodu üzgüçülükdür. Basseynda enerjili hərəkətlər bütün dayaq-hərəkət aparatına müsbət təsir edir, orqanizmin əzələ və toxumaların möhkəmlənməsinə səbəb olur. Bu patologiyalarla mübarizədə fiziki yükləmələrinin əksəriyyəti az effektlidir, idman hərəkətlərinin bəziləri isə (yürüş, qaçış) tamamilə qadağa olunur. Artroz və artrit zamanı üzgüçülük neyro-əzələ bloklarının kənarlaşdırılmasına səbəb olur, iltihabı və ağrıları azaldır. Basseynda hərəkətlər zamanı statik hərəkətlər, təkan və puls təsiri yoxdur.
Artritin müalicəsi və profilaktikasında üzgüçülüyün faydası
Xəstəlik infeksiya nəticəsində, mübadilə proseslərin pozulması, travmalardan sonra oynaqların iltihabı ilə müşahidə olunur. Bakteriyalar oynaq qişasına daxil olduqda infeksiya artriti inkişaf edir. Orqanizmdə biokimyəvi proseslərin pozulması zamanı mübadilə artriti yaranır.
Artrit zamanı üzgüçülük xəstəliyin kəskin formasında istifadə olunan fiziki yükləmə növüdür. Suda oynaqların ağrısını və şişkinliyinin azalmasına səbəb olan oynaqların soyuması baş verir. Basseynda müntəzəm məşqlər oynaqətrafı toxumaların masajına gətirir, bu isə limfa axınına yol açır. Üzgüçülük həmçinin metabolizm prosesini yaxşılaşdıraraq patologiya inkişafının səbəbini aradan götürür.
Məşqlər zamanı böyük əhəmiyyət yükləmənin səviyyəsinə yetirilməlidir. Oynaq xəstəlikləri zamanı intensiv məşqlər qadağandır. Dizdə kiçik ağrının olması məşqin dayandırılması üçün səbəb ola bilər.
Suda hərəkətlər zamanı bütün əzələlərin işlək vəziyyətdə olması buna görə bu cür məşqlər artitin və həmçinin başqa xəstəliklərin müalicəsi və profilaktikası üçün ən effektiv üsuldur. Suya dalarkən oynaqlara təzyiq düşmədiyinə görə insan ağrı və diskomfort olmadan müxtəlif hərəkətləri edə bilir. Tam dəyərli məşqlərin əsas şərtini suyun temperaturu təşkil edir. Oynaq xəstəlikləri zamanı soyuma qəti qadağandır. Məşqlərin müddəti və intensivliyi i xəstəliyin stadiyasından, pasiyentin yaşından və onun fiziki hazırlıq dərəcəsindən asılı olaraq individual şəkildə müəyyən edilir. Remissiya zamanı məşqlərin müddəti artırılırvə basseyndə məşqlərin sayını artırmaq olar. Kəskin artrit zamanı yükləmə minimuma çatdırılmalıdır və ya ümumiyyətlə olmamalıdır.
Üzgüçülük əzələlərin müəyyən qruplarını xeyli möhkəmləndirməsinə səbəb olur, bu oynaq xəstəlikləri zamanı çox vacibdir. Suda hərəkətlərin tövsiyə edilən üsulları brass və sərbəst üsuldur. Konkret üsulla üzmək imkanı olmadıqda, hərəkətlərin koordinasiyası pozulduğu zaman məşqi ayrı-ayrı üzmə hərəkətlərin işlənməsindən başlamaq olar.
Oynaq artriti zamanı hovuzda məşqlər zamanı tövsiyə olunan idman hərəkətləri kompleksi
- Suyun üzərində arxa üstə uzanaraq ayaqların ardıcıl (yuxarı-aşağı) hərəkətləri bu zaman əllərlə tutacaqdan və ya bortidan tutmaq lazımdır.
- Analoji vəziyyətdə olaraqayaqlar diz nahiyəsində növbənöv bükülür.
- Pəncələri suda tutacaqdan ilişdirib dizləri eyni zamanda bükmək lazımdır.
- Bortdan itələnərək bükülmüş ayaqlarla suyun üstündə arxa üstə uzanmaq.
Bu əsas idman hərəkətləri kompleksidir. Elementlərin müntəzəm yerinə yetirilməsi defekt oynaqların hərəkətliliyini bərpa etməyə və əhval-ruhiyyəni yaxsılaşdırmağa imkan verəcək. Fiziki hazırlığın yaxşı səviyyəsində suda daha mürəkkəb hərəkətlər icra edilir. Müalicəvi idman artritin müalicəsinın əsas tərkib hissəsidir. Bundan başqa qida qəbulunda müəyyən qaydalara riayət etmək, fizioterapiya kurslarını keçmək lazımdır. Müntəzəm məşqlər oynaq iltihabının inkişafı riskini azaldır.
Artrozun müalicəsi və profilaktikasında üzgüçülüyün faydası
Oynaq vətərlərin degenerativ dəyişikləri və oynaq toxumasının dağılması zamanı artroz inkişaf edir. Xəstəliyin başlanğıc mərhələsi yalnız bir vətərin zədələnməsi ilə xarakterizə olunur. Lakin iltihab prosesinin inkişafı sümük bölmələrinin parçalanması baş verir. Artroz daha çox artıq çəkili insanlarda rast gəlinən geniş yayılmış patologiyadır. Piylənmə zamanı bədənin artıq kütləsi oynaqlara güclü təzyiq edir, yükləyir və onların dağılmasına səbəb olur.
Artroza orqanizmin bütün oynaqları məruz qalır, lakin funksional yüklənən diz və çanaq oynaqları daha tez-tez zədələnir. Xəstəliyin əsas xarakterik xüsusiyyətləri olan yürüş zamanı əsasən uzun müddətli hərəkətsiz vəziyyətdən sonra (səhər, gecə yuxusundan sonra) ağrı hissidir.
Artroz zamanı üzmək faydalıdırmı? Həkimlərin əksəriyyəti hovuzda məşqlərin zədələnmiş oynaqlar üçün qiymətsiz olduğunu deyir. Üzmə nəinki bütün əzələ və toxumaları möhkəmləndirir, həmçinin artıq çəkinin itirilməsinə cavabdeh olan orqanizmdə metabolizm proseslərinin normallaşmasına səbəb olur. Artroz zamanı insanlara üzgüçülüklə məşğul olmaq çox çətin olur, bu isə öz növbəsində azhərəkətliliyə və çəkinin artmasına gətirir. Defekt oynağa təzyiqi azaltmaq üçün aktivlik, hərəkətlər olduqca vacibdir. Bu qapalı dairəni yalnız hovuzda müntəzəm məşqlərlə qırmaq mümkündür. Suda oynaqlar atıq yükü hiss etmir və bu əzələ və vətərlərin işləməsi üçün kifayət qədər mürəkkəb idman hərəkətlərini etməyə kömək edəcək.
Diz oynağının artrozu zamanı üzgüçülük elastikliyin artırılmasını, insanın dözümlülüyününyüksəldilməsini təmin edən aerob elementlər kompleksini təşkil edir. Məşqlər üçün tövsiyə olan su temperaturu 35 dərəcəsən aşağı olmamalıdır.
Basseynda məşqlər ayaq hərəkətlərini ağrısız etməyə imkan verir, bu halda artıq çəki diskomfort yaratmır, çünkisuda insan çəkisinin yarısını hiss edir. Tədqiqatlar göstərir ki, hovuzda müntəzəm məşqlər zamanı əzələ korseti, vətər və bağlar möhkəmlənir.
Artrozun ağır formasında aşağıdaki idman hərəkətləri kompleksini yerinə yetirmək tövsiyə olunur:
- Yerimə. Basseynin dərinliyi az və ya çox olan tərəfində düz qabağa, sol və sağ tərəflərə, kürəyi qabağa yerimək əzələ tonusunun artmasına səbəb olur. Dərinlikdə yerimə daha gərgindir, bu səbəbdən dayaz yerdən başlamaq məsləhət görülür.
- Ayaqların tərpətmə hərəkətləri. Bortdan əlləri tutaraq ayaq qaldırılır və 45 dərəcəli bucaq altında bükülür. Element digər ayaq üçün də təkrar edilir.
- Ayaqların sağ və sol tərəflərə qaldırılması. Belə qədər suda dayanaraq ayaqlar növbənöv qaldırılır və bu vəziyyətdə bir neçə saniyə dayanmaq lazımdır. Hərəkət amplitudanı və bədənin elastikliyiniartırmağa imkan verəcək.
- Suyun içində nizamla yerimə. Diz oynağı artrozu zamanı daha çox zərər çəkən dördbaşlı və dizaltı əzələlərinin möhkəmlndirilməsi üçün bud çanağını yuxarı qaldıraraq addımlamaq.
- Çömbəlmə (sallağı oturma, prisedaniya).Kürəyi hovuzun divarına söykədərək dizlərin bükülməsi ilə adi sallağı oturmalar yerinə yetirilir. Əvvəlcə hərəkətləri 5 dəfə edilir, tədricən onların sayını artırmaq lazımdır.
- Ayaqların dairəvi hərəkətləri. Ayağı di z nahiyəsində bükərək böyük və kiçik trayektoriyada dairəvi hərəkətlər edilir.
- Vətərlərin dartılması.Belə qədər suda dayanaraqbasseynin divarına söykənərək bud və sağrı (yan)əzələləri gərginləşdirilir. Əllər sağ və sol tərəfə dartınaraq ovuclar divara toxundurulur. Ayağın biri maksimal şəkildə açılaraq qabağa dartınır. 5 saniyə vətərin dartılmasını hiss edənə qədər bu vəziyyətdə qalmaq gərəkdir. Hər ayaqla hərəkəti 5 dəfə təkrar etmək məsləhətdir.
- Brass üsulu ilə üzmək. Müxtəlif oynaqların artrozları zaman suda hərəkətlərin ideal növü.
Bu asan, lakin effektiv hərəkətlər diz oynağında ağrını azaltmağa və onun hərəkətliliyini yaxşılaşdırmağa imkan verəcək,
Bud-çanaq oynağının artrozu zamanı da üzgüçülükdən geniş istifadə edilir. Suda elementlər kompleksi demək olar ki, dəyişmir, lakin hərəkətlərin icrası zamanı patologiyanın dərəcəsi və ağırlığı, bud-çanaq oynağının hərəkət məhdudluğu nəzərə alınır. Xəstəliyin ağır formasında sərbəst üsuldan , məhdudiyyət olmadıqda isə brass üzmə üsulundan istifadə etmək tövsiyə olunur.
Artrozların müalicə və profilaktikası zamanı pasiyentin həyat tərzi böyük rol oynayır. Artıq çəkini ataraq , qidada müəyyən qaydalara riayət edərək oynaq xəstəliklərinin inkişaf riskini azaltmaq olar, kəskin mərhələdə vəziyyəti yüngülləşdirmək mümkündür.
Dayaq-hərəkət aparatı xəstəlikləri zamanı müalicəvi üzgüçülük oynaqların funksiyasını xeyli yaxşılaşdırmağa, hərəkət diapazonunu artırmağa, ağrı hissini azaltmağa imkan verəcək. Artrit və artroz zamanı qoruyucu yükləmələr oynaq xəstəliklərinin müalicəsinin unikal və effektiv metodlarıdır.