Bel ağrılarının səbəbləri

Beliniz ağrıyırsa “mənə diqqət et, problemim var!” demək istəyir. Ancaq hər bel ağrısı bel yırtığı deyil.

Cəmiyyətdə ən çox stress tipli bel ağrısı ilə qarşılaşırıq. Beyin stress zamanı bel və ya boyun əzələlərinə çoxlu siqnallar göndərir. Bu zaman əzələlər gərilir. Bu bölgələrdə sərtlik və ələ gələn yumrular meydana gəlir. Xəstə nevroloji olaraq rahat deyilsə, fiziki müalicə və ya əzələ yumşadıcı və ya isti müalicələr, məlhəmlərin istifadəsi effekt vermir. Yüngül antidepresant çox faydalıdır. Bundan əlavə əzələ yumşadıcılar və analgetik-antiinflamatuar preparatlar verilir.

İkinci səbəb isə onurğaya düşən mexaniki yükün artmasıdır. Oturuş pozğunluğu, ağır qaldırma, gücə salmalar, kilo almalar, uzun müddət ayaqda qalma, uzun müddət ərzində oturmada bel ağrısı uzun müddətlidir.

Soyuqdəymə, tənəffüs yolu infeksiyaları qısamüddətli ağrıya səbəb ola bilər.

Çox az nisbətdə onurğa və ya onurğa beynində şiş, infeksiya (Brucella kimi onurğa infeksiyası və ya bədəndəki başqa bir orqan infeksiyası), skolioz (onurğa əyriliyi), onurğa oynaq xəstəliyi (sakroiletis və s), revmatizm və nadir hallarda onurğa beyini pərdəsinin içinə olan qanama (subaraxnoidal qanama) da ağrı yaradır və diaqnoz qoymaq çətinləşir.

Qalan səbəblər isə onurğa dinamikasını pozan səbəblərdir. Yəni bel yırtığının başlanğıc mərhələdə bel ağrısı görülür və çox şiddətli olduğundan xəstə lazım olmadığı halda əməliyyatla ağrıdan xilas olmaq istəyir.

Vaxt keçdikcə bel ağrısı azalır, amma bu dəfə ağrı qalça və ayaqlara enir. Bu qrupda ayağında qismən iflic olanlara əməliyyat məsləhətdir. Ancaq ayaq ağrısı bel ağrısından yüngül olduğundan xəstələr təəssüf ki, əməliyyata bu dövrdə laqeydlik edərlər.

Bel ağrısı dar kanal, bel kirəcləşməsi, bel sürüşməsi zamanı müşahidə olunur. Ancaq bel ağrısı zamanı ayaq ağrısı və ya uyuşma, yerimə çətinliyi, ayaqlarda qüvvətsizlik əlamətləri müşahidə olunmursa əməliyyat ilk etapda düşünülməməlidir. Çünki tək başına əməliyyat bel ağrısını aradan qaldırmaz. Yaxşı bir əməliyyat olsa belə, xəstənin bel ağrısı tamamilə keçməsə, xəstə üçün əməliyyatın qiyməti qalmayacaqdır.

Bel ağrısı üçün xəstə əməliyyat edilməsini istəsə belə həkim qəbul etməməlidir. Ya da beldə implant əməliyyatlarında (bel sürüşməsi və dar kanalda) bel ağrısının tamamilə keçəcəyi sözü xəstəyə verilməməli, əməliyyatı etmək istəməkdə əsl səbəbin “olanı” qorumaq, irəli ifliclərin qarşısını almaq və yeriyişi yaxşılaşdırmaq olduğu izah edilməlidir.

Bəzi xəstələrdə nə qədər araşdırılsa da, bel ağrısının səbəbi tapılmır. Belə hallarda daban düşməsini araşdırmaq lazımdır. Beldə ağrı yaradan dabandakı ortopedik pozğunluqdur.

Onurğadan əməliyyatından sonra ilk aylarda rahat olmuş, sonra isə beli ağrıyan xəstələr kilosuna diqqət etməlidirlər. Əməliyyat keçirmiş və yaxşılaşmaya çalışan bel bir kilo belə əlavə çəki qəbul etmir. Ağrı daha şiddətli şəkildə qayıdar. Buna görə də kilolu xəstələri əməliyyata sevinərək almırıq. Çünki əməliyyat əsnasında cərraha çətinlik yaratmalarından çox, əməliyyat sonrası onurğanın kiloya üsyan etməsi iki tərəfə də çətinlik yaradır.

4 müştəri baxışı

5 ulduzdan 5
1 reytinq
Diskin öz təbii məkanından çıxması
4 il əvvəl
Mövzu
Salam. Diskin öz təbii məkanından çıxmasının əlamətləri necədir?
Show more
  • Dr.Parvin 4 il əvvəl
    @Elmir Salam. Fəqərəarası disk (qığırdaq) öz təbii məkanından, yəni iki fəqərənin arasından çıxarkən həssas toxumaları və sinirləri əzərsə bel ağrıları əmələ gəlir. Bir çox hallarda bel ağrısı uzun müddət davam etmir. Çünki bu müddət ərzində toxumalar özünü yeniləyir və təzyiq öz-özünə aradan gedir.
1 reytinq
Bel agrisi
4 il əvvəl
Mövzu
Salam doktor bel nahiyesinde agrilar nece emele gelir?
Show more
  • Dr.Parvin 4 il əvvəl
    Salam. Bəzi hallarda həssas strukturlu ünsürlərin dartılması, sinir sisteminin yaxud sinir qollarında birinin təzyiq altına düşməsi (belə hallarda iltihab da əmələ gələ bilər) nəticəsində meydana çıxır.
1 reytinq
Depresiya bel ağrısına təsiri
4 il əvvəl
Mövzu
Salam doktor. Size bir sualim var. Depresiya bel agrisinin yaranmasina ve guclenmesine sebeb ola bilermi?
Show more
  • Dr.Parvin 4 il əvvəl
    Bəli! Depresiyaya düşmüş insanlarda bel ağrısı daha çox müşahidə edilir. Depresiya təkbaşına bel ağrısının səbəbi ola bilər amma toxumaların dartılması, disklərdə olan bəzi dəyişikliklər və yorğunluq zamanı bu amil həmin ağrının daha da şiddətlənməsinə səbəb ola bilər Yəni depresiya vəziyyəti ən yüngül bel ağrısını belə dözülməz ağrıya çevirə bilər.
1 reytinq
Bel yırtığı
1 il əvvəl
Mövzu
Bel yırtığı ölçüsü nə qədər olduqda mütləq əməliyyat olunmalıdır.
Show more