Frozen shoulder ( Donmuş çiyin sindromu ) - adheziv kapsulit, çiyin oynağının hərəkətlərində məhdudiyyət yaradan bir sindromdur. Bu sindromun səbəbi çox vaxt məlum olmur.
Adətən çiyin oynağında hərəkətlərin məhdudlaşması heç bir səbəb olmadan, travma baş vermədən əmələ gəlir. Ancaq yenə də donmuş çiyin sindromunun əmələ gəlməsində bir sıra faktorlar rol oynayır.
Yaş və cins faktoru. Sindrom 40-60 yaş arası şəxslərdə, əsasən də qadınlarda daha çox özünü göstərir.
Endokrin pozğunluqlar zamanı adgeziv kapsulit əmələ gələ bilər. Şəkərli diabet xəstəliyi, həmçinin qalxanabənzər vəzin funksiyasinin pozğunluğu olan şəxslərdə bu sindrom daha çox özünü biruzə verir. Bədəndə kalsium mübadiləsinin pozulmasi da bəzən bu sindroma gətirib çıxarır.
Sindromdan əziyyət çəkənlərin əsas şikayəti ağrıları. Ağrı ilə yanaşı qolu hərəkət etdirmək çətinləşir. Uzun müddət həkimə müraciət edilməzsə ağrılar dözülməz olur və xəstəni çox narahat edir. Ona görə də ilk simptomlar əmələ gələn kimi həkimə müraciət etmək məsləhətdir.