Piriformis-sağrı nahiyəsində yerləşən əzələnin adıdır.Piriformis sindromu isə bu əzələnin müxtəlif səbəblərlə oturaq siniri üzərinə təzyiq etməsi ilə meydana çıxan patalogiyasıdır.Piriformis sindromu zamanı baş verən ağrılar fəqərəarası disk yırtıqları zamanı olan ağrıları “yamsılayır”.Bu səbəblə “Yalançı oturaq siniri” xəstəliyi olaraq adlanır.
Ən çox rast gələn əlaməti büzdüm sümüyü,sağrı və bel nahiyələrində ağrının olmasıdır.Bəzi hallarda ağrı baldıra,hətta ayağa da yayıla bilir.Ağrı bəzən anidən başlaya biləcəyi kimi bəzən daha da arta bilir.
Sərt bir yerdə oturan zaman,yeriyəndə və ayaq-ayaqüstə atma hərəkətində ağrılar artır.
Əzələiçi inyeksiyalardan sonra baş verən abses,beldə həddindən artıq çuxurlaşma,əzələnin anormal böyüməsi və sinir anomaliyaları xəstəliyin əmələ gəlmə səbəbləri arasındadır.
Müalicəsi fizioterapevtik üsullarla və xüsusi məşqlərlə həyata keçirilir.
Bu sinir patalogiyalarının fizioterapevtik müalicəsində də digər patalogiyalarda olduğu kimi sinirə təzyiq edən faktor aradan qaldırılmalıdır. Piriformis əzələsinə istiqamətli masajlar ilə bölgə rahatlaşdırılmalı, sinirə olan basqı azaldılmalıdır. Daha sonra xəstənin omba və aşağısına yayılan ağrı şikayətlərinə istiqamətli elektroterapi, isti-soyuq tətbiqlər, kinesiotape kimi fizioterapevtik müalicə tətbiqlərindən istifadə edilir.
Ağrıya bağlı hərəkətdən qaçınmaq xəstələrdə əzələ gücsüzlüyündən yol açmışsa lazımlı məşqlər fizioterapevtlər tərəfindən xəstələrə verilir.