Postural drenaj yerin cazibə qüvvəsinin köməyi ilə bronxlardakı sekresiyanın çıxarılmasını asanlaşdıracaq spesifik mövqelər verilərək aparılır.Sekresiya təsirlənən bronxiollardan bronxa və traxeyaya drenə olur və öskürək ya da aspirasiya yolu ilə çıxarılır.Xəstə uzun müddət dik oturduğunda, sekresiya ağciyərin alt qisimlərində yığılır. Xəstəyə dəyişik mövqe verilərək, yerin cazibəsinin köməyi ilə sekresyonların kiçik bronxiollardan hava yolları ilə ana bronxa və traxeyaya hərəkəti təmin olunur.Sekresiya daha sonra öskürək ilə çıxarılır.
Postural drenaj ağciyərin hər seqmenti üçün tətbiq olunur.Orta və aşağı lob bronxlarını baş aşağı mövqedə daha yaxşı drenaj etmək mümkündür.
Ümumiyyətlə hər lobun drenajı üçün beş poziyon verilir; baş aşağı, prone, sağ və sol lateral və oturma mövqeyi.
Ümumiyyətlə gündə iki dəfə yeməkdən əvvəl və yatmazdan qabaq aparılmalıdır.
Lazım olduğunda istifadə etmək üçün xəstə yanında bəlğəm qabı və kağız dəsmal olmalıdır. Xəstə hər mövqedə 10-15 dəqiqə qalmalı, burun ilə yavaş-yavaş nəfəs almalıdır.
Postural drenajdan sonra dişlər fırçalanmalı və ağız yaxalanmalıdır.
Xəstə verilməsi lazım olan mövqeyi tolere edə bilmədiyi vəziyyətdə faydalı ola biləcək digər alternativ mövqe verilməyə çalışılmalıdır.