ROM latınca Range Of Motion sözlərinin baş hərflərinin qısaldılmış halıdır. ROM oynaq hərəkət açıqlığını ifadə etməkdədir.
Həkim mənə ayaq biləyi əməliyyatı sonrası fiziki müalicəyə müraciət et dedi və oynaq hərəkət açıqlığı, rom məşqləri təklif etdi.Bəs ROM nədir tibb dilində?
Oynaq Hərəkət açıqlığı (ROM) müəyyən bir oynaq və ya bədən qisimi ətrafındakı hərəkət miqdarının səviyyəsidir. Adətən bir fizika müalicə qiymətləndirməsi zamanı və ya müalicə seyrində ölçülür. Fizyoterapevtlər müalicəni planlarkən və həkimlə rabitə halında olduqda aktiv rom, passiv rom yada aktiv oha, passiv oha ifadələrini istifadə edirlər.
Oynaq hərəkət açıqlığı, (rom) qonyometr adı verilən bir ölçü aləti istifadə edərək fizioterapevt tərəfindən qiymətləndirilir.
Oynaq hərəkət açıqlığı ölçülməsi ağrısız bir əməliyyatdır. ROM ölçümünün ağrılı ola biləcəyi vəziyyətlərdə cərrahi əməliyyat və ya yaralanma sonrasında ağrı adətən qısa davam edir və ölçüm əsnasında ortaya çıxır.
Ümumi olaraq, ölçülən üç növ oynaq hərəkət açıqlığı, ROM vardır.
Passiv (PROM) – passiv oynaq hərəkət açıqlığı
Aktiv-köməkçi – aktiv asistiv (yardımlı) oynaq hərəkət açıqlığı
Aktiv (Arom). – aktiv oynaq hərəkət açıqlığı
Passiv oynaq hərəkət açıqlığı.
Passiv oynaq hərəkəti ölçülməsi zamanı əzələlər istifadə edilmir. Fizioterapevt ölçü edərkən hərəkəti özü etdirir və son nöqtəyə qədər məcbur edir.
Passiv oynaq hərəkəti məşqləri üçün bəzən cihazda istifadə edilə bilər. Məsələn, diz əməliyyatından sonra, dizinizə hərəkət etdirmək üçün əzələlərinizi istifadə etməyə bilərsiniz. Fizyoterapevt ayağınızı passiv olaraq hərəkət etdirmək üçün açıb bağlaya bilər.
Passiv ROM adətən cərrahi əməliyyyat və ya zədə sonrası ilk yaxşılaşma mərhələsində istifadə edilir. İflic bədəninizin normal bir şəkildə hərəkət etməsini maneə törədirsə, kontrakturlar və ya dəri təzyiq yaralarını önləmək üçün passiv ROM da istifadə edilə bilər.
Aktiv asistif (yardımlı) oynaq hərəkət açıqlığı
Adətən yaralı bədən hissəsini hərəkət etdirilərkən adam hərəkət əsnasında özünə kömək etsə və ya fizyoterapevt hərəkətə kömək edərsə aktiv asistif oynaq hərəkəti ortaya çıxır. Aktiv asistiv oynaq hərəkəti məşqləri edilərkən adam bir dəsmal köməyiylə özünə dəstək ola bilər. Ayrıca kömək mexaniki bir cihaz və ya maşından da gələ bilər.
Aktiv asistiv oynaq hərəkətinə bir nümunə verəcək olsaq, çiyin rotator cuff cərrahiyəsindən sonra qolunuzu hərəkət etdirmənizə icazə verilə bilər, ancaq hərəkət əsnasında meydana gələ biləcək stress miqdarını azaltmaq üçün hərəkət əsnasında hərəkətə kömək etməniz, ya da bir başqasından kömək almanız lazım ola bilər. Aktif-yardımlı oynaq hərəkəti ümumi olaraq, bəzi yaxşılaşma meydana gəldiyində və əzələ gərildiyində, zədə və ya əməliyyat sonrasında istifadə edilir.
Aktiv oynaq hərəkət açıqlığı
Aktiv oynaq hərəkəti ölçülməsi zamanı hərəkətə kömək edilmədən adam hərəkəti öz əzələsi ilə edir. Fizyoterapevt ölçərkən hərəkəti təqib edir və son nöqtəsini qeyd edir. Aktiv oynaq hərəkəti məşqləri, zədə və ya əməliyyat sonrasında müstəqil olaraq hərəkət etməyə başladığınızda istifadə edilir.
Gücləndirmə məşqləri də aktiv ROM bir şəklidir.
Hansı hərəkət aralığının olduğunu və fiziki müalicədə necə istifadə edildiyini anlamaq, fiziki müalicənin gedişatı haqqında daha yaxşı məlumatlanızın olması üçün fizioterapevtinizlə daim əlaqəli işləyin!