Xroniki baş ağrılarının 15-18%-i boyun (servikal) mənşəlidir. Bu ağrıların yaranma səbəbi boyunda olan əzələ və sümük sistemində olan disfunksiya ilə əlaqəlidir. Boyun mənşəli baş ağrılarının özünə məxsus xarakteristikasi vardir.
Ağrının xarakteri
Ağrınının bir tərəfli olması
Boyundan başlayaraq ənsə təpə alına doğru davam etməsi
Ağrının sıxıcı və ya küt xarakterdə olması
Boyun hərəkətiylə baş ağrısının artması
Isti və ya boyun bolgesinin masaj olunmasiyla ağrının azalması
Yuxarıda sadalanan simtomlardan ən azı ikisinin olmasi xəstənin lazımı mütəxəsisə müraciət etməsinin lazım olduğunu bildirir.
- Müalicə zamanı aşağıdaki yöntəmlər istifadə olunur:
- Yerli blokada
- Fizioterapiya
- Akupunktura
- Masaj
- Duruş pozuntusunun aradan qaldırılması
- Idman
- Qidalanma və dieta
- Yuxu pozisiyasını doğru seçilməsi (daha ətraflı “boyun yırtıqları bölməsindəki fizioterapevtik müalicə” bölməsində izah olunmuşdur.)
Gərilim Baş Ağrısı
Boyun problemi olan xəstələrdə digər rast gəlinən patalogiyalardan birisi gərlim tipli baş ağrısıdır. Gərilim tipli baş ağrısının yaranmasinda əsas iki nəzəriyyə mövcuddur.
Mərkəzi mənşəli
Periferik mənşəli
Mərkəzi mənşəlidə yaranma səbəbi beyində olan serotonin adli mediatorun çatmamazliğiyla əlaqədardir.
Periferik mənşəlidə isə boyun nahiyyəsində olan əzələ ,sümük sistemində olan disfunksiya ilə əlaqədardır. Belə ki,normalda vücudumuzdaki əzələlərin əksər hissəsi çalışmadığı zaman tamamən relaksasiya olur. Ancaq ‘ağırlıq qüvvəsi ilə əlaqədar yer çəkiminə qarşı müqavimət göstərən əzələlər’ olaraq bilinən və boyun əzələləri də daxil olmaqla bəzı əzələlər vücudumuzu dik vəziyyətdə tutmaq üçün daima çalışmaq məcburiyyətindədir. Gərilim tipli başa ağrisinin yaranma səbəblərindən birini araşdırmacı alimlər boyun əzələlərinin həddindən çox, doğru olmayan vəziyyətdə çalişaraq yorulmasiya əlaqələndirilər. İnsan hər hansı bir mövzu ilə əlaqədar narahat olduqda, stres yaşadıqda, kədərləndiyində əzələləri normadan daha çox sıxılmağa, yığılmağa, gərilməyə məruz qalır. Bu halda, əzələlərin başın arxa hissəsinə birləşdiyi yerdə gərginlik yaratmasına səbəb olur. Bununla əlaqədar olaraq əzələlərin yapışma yerləri həssas ve ağrılı hala gəlir. Ağrı çox şiddətləndiyində boyundan yuxarı başın arxa qisminə və önə alına doğru yayılır, hətta bəzən ağrının gözlərinin arxa hissəsində hissedildiyi söylənilir
Gərilim Başağrısının Xarakteristikası
Baş ağrıları 30 dəqdən 7 günə qədər davam edir
Aşağıdaki simptomlardan ən azı ikisinin varlığı
Ikitərəfli lokalizasiyalı ağrı
Sıxıcı/küt xarakterli ağrı
Yüngül və ya orta intensivlikdə olmalı
Fiziki aktivlik ağrını artırmaz*(gəzmək,pilləkən qalxmaq)
Ürək bulanma və qusma müşahidə edilmir
Səs və işiq qiciqlandirma
Müalicə
Xüsusiylə, stres boyun əzələlərində gərilməyə səbəb olur ki, bu da boyun ağrısı və gərilim baş ağrısını meydana gətiri. Bu şəkildə yaranan ağrılarda yerli inyeksiyalar, relaksasiya edici idmanlar, fizioterapiya, masaj, antidepresant və əzələ relaksasiya edici dərmanlar faydalı olmaqdadırlar. (daha ətraflı “boyun yırtıqları bölməsindəki fizioterapevtik müalicə” bölməsində izah olunmuşdur.)