Sudeck atrofiyası kompleks rejional ağrı sindromu adı ilə də adlandırılır. Sudeck atrofiyası zamanı ağrı, proqressiv funksiya itkisi, sümük zəifliyi və şikəstlik müşahidə olunur. Əsas xüsusiyyəti yandırıcı xarakterli israrlı ağrıdır.Daha şiddətli formaları sarsıdıcı ola bilər və müalicəsi daha çətindir.
Ümumiyyətlə əl və ya ayaqlarda meydana gələn zədələrlə xarakterizə olunur. Sıxlıqla yaşlı kəslərdə görülür.
Sudeck atrofiyası 2 yerdə ola bilər. Çiyin – əl və ayaqlarda daha çox müşahidə olunur. Qol zədələndikdə çiyin-əl sindromu adını alır. Çiyin-əl sindromunda çiyin və əldə dəyişikliklər olmasına baxmayaraq dirsək sağlam qalır. Ayaqların zədələnməsi də çox sıx rast gəlinir.Ən əhəmiyyətli ağırlaşmalarından biri qırıqdır.
Xəstə bölgədə: ağrı və şişkinlik, dəri dəyişiklikləri, tərləmə müşahidə olunur.
Diaqnoz rentgenoqrafiya, kompüter tomoqrafiya və sümük sintiqrafiyasından istifadə edirlər.
Sudeck atrofiyasının müalicəsi; fizioterapevtlər tərəfindən ediləcək qiymətləndirmədən sonra aparılır.Müalicəyə nə qədər tez başlansa alınan nəticə o qədər yaxşı olar.
Gecikmiş dövrdə müalicə şansı olduqca aşağıdır və çox çətindir.
Fizioterapevtik müalicə proqramı çərçivəsində xəstələrə bir-birini izləyən isti və soyuq tətbiqlər, klassik masaj, passiv oynaq hərəkətləri, elektroterapiya və mobilizasyon texnikləri tətbiq olunur.