Yeni Robotik Reabilitasiya Mərkəzində dünya üzrə tibbi texnologiyalar sahəsində tanınmış İsveçrənin STORZ Medical şirkətinin MODULITH® SLX-F2, NEUROLITH® DUOLITH® və MAGNETOLITH® cihazları üzrə nəzəri və praktiki təlim təşkil olunub.
Təlim zamanı iştirakçılar cihazların iş prinsipi, klinik tətbiq sahələri, müalicə protokolları və təhlükəsiz istifadə qaydaları ilə yaxından tanış olublar.
MODULITH® SLX-F2 – qeyri-invaziv fokuslanmış zərbə dalğası texnologiyası ilə müxtəlif sümük-əzələ sistemi patologiyalarının müalicəsində istifadə olunur.
NEUROLITH® DUOLITH® – transkranial Pulse Stimulation (TPS®) texnologiyası vasitəsilə neyroreabilitasiya sahəsində innovativ müalicə imkanları təqdim edir.
MAGNETOLITH® – yüksək intensivlikli maqnit transduksiya terapiyası (EMTT®) ilə ağrıların azaldılmasına, toxuma regenerasiyasının stimullaşdırılmasına və reabilitasiya prosesinin sürətləndirilməsinə dəstək verir.
Qeyd edək ki, Yeni Robotik Reabilitasiya Mərkəzi STORZ Medical şirkəti tərəfindən Azərbaycan Respublikasında rəsmi Referans Mərkəzi (Reference Center) olaraq sertifikatlaşdırılıb. Bu status Mərkəzə STORZ Medical texnologiyalarının tətbiqi, klinik təcrübənin inkişafı, elmi-tədqiqat fəaliyyətinin aparılması və beynəlxalq təlimlərin təşkili istiqamətində mühüm imkanlar yaradır.
